adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Dekabr 2022 14:07
697
MƏDƏNİYYƏT

101 yaşlı əfsanə: Həyatı gündəm olan ZƏKİ MÜREN... 

Benden ayrı gezme gülüm amandır
Sensiz benim gönül evim talandır
Bu dünyada bir muhabbet kalandır
Ağlama sevdam, ağlama sevdam, ağlama...



Zəki Müren! Nəinki Türkiyənin, eləcə də bütün dünyanın ən sevilən simalarından olmaqla, mahnıları və haqqında yayılan dedi-qoduları ilə yaşadığı sürəcdə gündəm düşməyən isimlərdən biridir. Həmçinin Türkiyədə gəlmiş-keçmiş ən güclü səslərindən biridir- Zəki Müren! Bu gün o gözəl səs sahibinin doğum günüdür!

 

Təkrarsız sənətçi 1931-ci il dekabrın 6-da Türkiyənin Bursa şəhərinin Hisar bölgəsində Kaya və Hayriye Mürenin ailəsində dünyaya gəlib. Atası Kaya Müren taxta-şalban taciri, anası isə evdar qadın olub. Çox çəlimsiz uşaq olduğundan ailəsi onu 11 yaşında sünnət etdirib. Amma çəlimsizliyinə rəğmən, çox istedadlıydı. İbtidai siniflərdən müəllimlərinin diqqətini çəkən Zəki orta məktəb tədbirlərinin baş qəhrəmanıydı. Həyatında ilk rolu - çobanı da məhz həmin tədbirlərdən birində oynamışdı.

Bursada başladığı orta təhsilini İstanbulda, Kiramı Refia Alemdaroğlu Liseyində bitirmişdir. İstanbulda Dövlət İncəsənət Akademiyasının Bəzəmə Bölümü Sabih Gözen atelyesindən məzun oldu. Desən işlərini tələbəlik illərindən başladı və bir çox sərgi keçirdi. Zəki Müren, Bursada Tamburi İzzet Gerçekerdən gördüyü solfecio və üsul dərsləriylə musiki məlumatı almağa başladı. 1949-ci ildə, Boğaziçi Liseyində oxuyarkən Agopos Əfəndi (kino rejissoru və ssenari yazan Arşavir Alyanak'ın atası) ilə Udi Kirkordan aldığı dərslərlə də musiqi təhsilini davam etdirdi. Daha sonra fəsil musiqisini yaxşı bilən və böyük bir repertuvarı olan Şərif İçlinin müxtəlif əsərlərini meşk etdi; Refik Fersanın, Sədi İşılayın, Qədri Şençaların əsərlərindən faydalandı.

 

1950-ci ildə imtahanla İstanbul Radiosuna girdi. İstanbul Radiosunda 1951-ci ildə, canlı olaraq nümayiş olunan bir proqramda ilk radio konsertini verdi və bu konserti çox bəyənildi. Bundan sonra Türkiyə radiolarında müntəzəm olaraq oxumağa başladı. Radio proqramları on beş il davam etdi, bunların çoxu canlı yayın programlarıydı. Müren bundan sonra özünü daha çox səhnə və val işlərinə verdi. Vərdiş edilmiş qəlibləri aşmış paltarları və səhnədəki rəftarları ilə xalqın marağını davamlı olaraq üstündə tutmağı bacardı. Zəki Müren 600-ü eşqin val və kaset doldurdu. Vala oxuduğu ilk mahnı Şükrü Tunarın "Bir Muhabbet Kuşu" güfteli mahnısıdır. Müren 1955-ci ildə "Manolyam" adlı mahnısıyla Türkiyədə ilk dəfə verilən Qızıl Val Mükafatını qazandı.

 

1991-ci ildə Dövlət Sənətçisi ünvanına layiq görüldü. 1958-ci ildə ehtiyat zabit olaraq Çankırıda əsgərliyini etdi. 1961-ci və 1969-cu illər arasında bir eşq yaşadı amma heç evlənmədi. Yeri gəlmişkən, Zəki Mürenin özəl həyatına gəlincə, o, heç vaxt ailə qurmayıb. Səbəbi isə, şübhəsiz ki, cinsi orientasiyasıyla bağlıdır. Düzdür, o, bu barədə danışmağı sevmirdi və heç danışmırdı da. Amma səhnəyə gəldiyi ilk illərdə adi geyim tərziylə digərlərindən fərqlənməyən Müren sonradan davranışları və libaslarıyla orientasiyasını özü büruzə verirdi. Belə demək mümkünsə, özü orientasiyasının müzakirə edilməsinə səbəb olurdu. Amma biseksual olduğunu da danmırdı.


1996-cı il, 24 sentyabr, saat 20:59. "TTR İzmir" telekanalının qrim otağı. Zəki Müren özünü pis hiss edir və bütün mətbuat bu mənzərəni canlı izləyir. O, öldüyünü hiss edərək Tanrıya yalvarır: "Burda olmasın, nə olar". Və gözlərini əbədi olaraq yumur...



Sənətçi vəsiyyətində bütün əmlakını Türk Eğitim Vakfi (TEV) və Mehmetçik Vaqfına vəsiyyət etmişdi. 2013-cü ilə qədər ən azı 2251 tələbə TEV-dən təhsil təqaüdü alıb. Ölümündən sonra sənətçinin son illərini yaşadığı ev Türkiyənin Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Zəki Mürenin ev muzeyi kimi fəaliyyət göstərir. 2000-ci il iyunun 8-dən fəaliyyətə başlayan ev muzeyi hər gün yüzlərlə Zəki Müren pərəstişkarının təsəlli yeridir.

Bir ara- təxminən 2013-14-cü illərdə Türkiyə gündəmi məşhur müğənninin 18 illik dostu Göksenin Çakmak açıqlamaları sanki lərzəyə gəldi .G.Çakmak onun şəxsi həyatı ilə bağlı türklər demiş ilginc açıqlamalar verdi.Çakmak Zəki Mürenin uzun müddət baş nazirlərdən birnin "sevgilisi" olduğunu, amma ad çəkməyin riskli olduğunu bildirdi. Göksenin sadəcə baş nazirin şorgöz biri olduğunu söyləməsi və həmin naziri o aralarda dövlət postunda olmasından xəbər verirdi.

Zeki Müren yaşama veda ettiği yerde anılacak


Onun sözlərinə görə, baş nazirdən başqa Zəki Mürenin həyatında bir çox iş adamları, siyasətçilər, dövlət məmurları da olub. "Bu sirr mənimlə qəbrə gedəcək. Ad çəksəm həqiqətn başıma dərd açaram" - deyən, Çakmak hətta Zəki Mürenin manken və aktyor bir kişi ilə 3 ay nişanlı olduğunu da deyib. Amma ayağından iy gəldiyinə görə, müğənni "nişanlısını" evdən qovub.

Bütün dedi-qodulara baxmayaraq, Zəki Müren cinsi orientasiyası ilə gündəmi daha çox zəbt etsə də, amma səsinin sehri, gücü, məlahəti təkrarsız olaraq əbədi qalacaq.

Əntiqə Rəşid