14 iyul faciəsinin qurbanları anılıb
Kəlbəcərdə 1989-cu il iyulun 14-də baş vermiş faciənin növbəti ildönümü münasibətilə anım mərasimi keçirilib.
Adalet.az xəbərinə görə, mərasimdə helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailə üzvləri, yaxınları, Kəlbəcər şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri iştirak ediblər. Həlak olanların məzarları ziyarət edilib, xatirələri yad olunub.
Qeyd edək ki, 1989-cu il iyulun 14-də Kəlbəcər şəhər stadionuna enən hərbi helikopter havaya qalxarkən qəzaya uğrayıb. Nəticədə helikopterin rotor pərlərinin stadionun yaxınlığında olan uşaqlara dəyməsi nəticəsində səkkiz azyaşlı həyatını itirib. Bu hadisə Kəlbəcər rayonunun tarixində ən ağır faciələrdən biri kimi xatırlanır.
Digər Xəbərlər
11 Avqust 2026 23:06
Ordubadda su elektrik stansiyası tikiləcək
11 Avqust 2026 15:49
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?
11 Avqust 2026 15:41
“Azərsun Holdinq” günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq - FOTOLAR
11 Avqust 2026 14:56
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
11 Avqust 2026 14:43
Bakıda torpaq qiymətləri bir ayda 4 % artıb
10 Avqust 2026 10:52
Bakıda velosiped və skuterlərdən istifadə rekord həddə çatdı
09 Avqust 2026 13:22
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
08 Avqust 2026 16:09


Bakı -°C

