25 Sentyabr 2023 11:40
1872
MARAQLI

1906-cı ildə Şuşa şəhərində baş verən erməni-müsəlman davası - Birinci yazı

Xəbər verdiyimiz kimi Adalet.az-ın əməkdaşı 1905-1906-cı illərdə erməni-müsəlman davasıyla bağlı silsilə yazılara start verib. 

Bu dəfə Şuşada baş verən hadisələri silsilə şəkildə təqdim edirik:

“O vaxt ki, böyük dava sakit olmuşdu, erməni tayfası müsəlmanların, müsəlmanlar isə ermənilərin bazarına gedir, alış-veriş edirdilər. Hərçənd ki, yollar açıq idi, amma ermənilər yenə dinc durmurdular. Tək-tək əlsiz-ayaqsız kasıblar admları oğurluq ilə tutub öldürürdülər. Müsəlmanlar da onların əvəzini çıxırdılar. 

Ermənilər arası kəsilmədən min cür hiylə ilə hər yerdən hərbi sursat gətirərək, dava üçün tədarük edirdilər. Onlar əlavə maşınlar, nasoslar, tüfənglər, toplar, barıt, bombalar və başqa silahlar cəm edib, daha çox müharibəyə hazırlaşırdılar. Bununla bərabər, onlar gələcək vuruşmaların üsul və yollarını müzakirə etdikdən sonra belə bir qənaətə gəldilər ki, müsəlmanlara sarsıdıcı zərbə endirmək üçün pul qüvvəsinə hiylə işlədilərək rus ordusunun və silahının ermənilərə kömək göstərməsi təmin edilməlidir. Bu hiyləni həyata keçirmək üçün yeganə yol rus generalını pul ilə ələ almaq idi. 

Birinci erməni-müsəlman davasında sülh və əmin-amanlıq yaratmaq üçün Şuşaya göndərilmiş Qalaşakov adlı bir rus generalı var imiş. Həmin il o, zahirən ermənilərə yaxınlıq göstərməmişdi. Amma indi, ermənilərin məşvərətindən sonra duma qalası erməni Kiki Kələntərov onu yaxşı öyrənmiş, onunla söhbət edib, ermənilərə qarşı rəğbətini bildikdən sonra generalın Şuşa şəhərində üsul-idarənin rəhbəri təyin olunması üçün onun razılğını almışdı. 
Kiki Kələntərov müsəlmanların nümayəndələrini çağıraraq deyir:

- Şuşada bu iki millət arasında ədalətli sülh yaratmaq üçün bir rəhbər təyin etməliyik. Mən çox düşündükdən sonra belə qənaətə gəldim ki, bu vəzifəyə general Qalaşakovdan başqa bir kəsi təyin etmək olmaz. Hərçənd ki, o, əvvəllər bizim erməni tayfası ilə yaxşı dolanmadı, kəndlilərimizi topladı, kazaklar kənd əhlinin övrətlərinə xəyanət etdilər. Amma əlac yoxdu, rəhbər təyin edək. 

Biçarə müsəlmanlar əvvəllər Qalaşakovdan zahirən yaxşı münasibət gördüklərindən razı oldular. Hər iki tayfanın razılığına əsasən general həmin vəzifəyə təsdiq edilərək, Qalaya göndərildi. Qalaşakov Şuşaya gələn kimi ermənilər məhəlləsində Kələntərovun qabaqcadan hazırladığı iqamətgahda yerləşdirildi. Onun əmri ilə elə ilk günlər müsəlman məhəllələrində olan rus ordusunun topları erməni küçələrində olan rus ordusunun topları erməni küçələrinə keçirildi, kazaklar və əsgərlər isə erməni məhəlləsi səmtində olan Köçərli məscidinin ətrafında qurulmuş çadırlarda yerləşdirildi. 

Hər gecə Kiki Kələntərovun başçılığı ilə erməni tayfasının hesabına general Qalaşakovun mənzilində tayfasının hesabına general Qalaşakovun mənzilində kef məclisləri quruldu. Kələntərovun seçdiyi və generalın qulluğuna təyin etdiyi 2-3 nəfər xoşsürət erməni övrətləri gecə-gündüz ona xidmət edirdilər. Kələntərov gecə məclisləri əsasında Qalaşakova və onun kazaklarına neçə min manat rüşvət verərək, Qlaşakova öz məqsədini izah etdi. Qarşıdakı erməni-müsəlman davasında rusların onlara kömək etməsini və bu köməyi yerinə yetirilmə yolları ilə əlaqədar tədbir tökməsini generaldan xahiş etdi. Qalaşakovun tədbirilə Kələntərov və qımdatlar ətraf kəndlərə, eləcə də Gəncəyə, İrəvana və başqa şəhərlərə kağız göndərdilər. Həmin kağızda hər kənddən orta hesabla 30-100 nəfər silahlı dəstələrin Şuşaya göndərilməsi tələb olunurdu. Tezliklə Qalada yeddi min silahlı erməni ordusu hazır oldu. Onların arasında Osmanlı tabeliyində olan ərazidən gələn erməni dəstələri də var idi. Beş ədəd rusların, 6 ədəd isə ermənilərin topları var idi. General və ermənilər qərara gəldilər ki, davanı iyulun 12-də başlasınlar. Rusların məqsədi o idi ki, bu iki millət bir-biri ilə dava edib, bir-birinə məşğul olsunlar, ta ki, dövlət farağat olsun, çünki millətin zəif və kasıb olmağı dövlətin silahıdır”. 

Mənbə: Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabı.  
Vasif Əlihüseyn 
Ardı var...