adalet.az header logo
  • Bakı -°C
04 Avqust 2026 20:23
73
DÜNYA
A- A+

2027-ci ilin Avropa İdman Paytaxtı bu şəhər seçildi

Kutaisi 2027-ci ilin Avropa İdman Paytaxtı seçilib.

Adalet.az xəbər verir ki, qərar Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) ekspert komitəsi tərəfindən qəbul edilib. Kutaisi hər kəs üçün idmana əlçatanlığı, inkişaf etmiş infrastrukturu, ictimai səhiyyəyə sadiqliyi və idman vasitəsilə sosial inteqrasiyası ilə fərqlənib.

Bu status o deməkdir ki, 2027-ci ildə şəhər Avropada idmanın inkişafı üçün nümunəvi şəhər kimi tanınacaq. Bu, həmçinin, beynəlxalq turnirlərə və idman forumlarına ev sahibliyi etmək öhdəliyini də nəzərdə tutur.