adalet.az header logo
  • Bakı -°C
04 Avqust 2026 20:36
64
İDMAN
A- A+

Vini 30 milyon istəyir, “Real” 22 verir

“Real Madrid” Vinisius Juniora yeni müqavilə təklif edib.

Adalet.az  “ESPN”ə istinadla xəbər verir ki, Dünya Çempionatından sonra klub futbolçunun nümayəndələri ilə əlaqə saxlayaraq təxminən bir ildir dayandırılmış danışıqları bərpa edib.

İspaniya klubunun təklif etdiyi maliyyə şərtləri son iki ildə müzakirə olunan rəqəmlərlə müqayisədə bir qədər yaxşılaşdırılıb. Belə ki, hazırda Vininin masasında illik 22 milyon avro əməkhaqqı nəzərdə tutan təklif var. Buna baxmayaraq, bu məbləğ braziliyalı hücumçunun tələblərindən hələ də uzaqdır. Futbolçu illik təxminən 30 milyon avro qazanmaq niyyətindədir.

Qeyd edək ki, Vinisius “Real”la mövcud müqaviləsinin son ilini keçirir və hazırda illik təxminən 17,5 milyon avro maaş alır. Əgər o, müqaviləni yeniləməzsə, mövsümün sonunda azad agentə çevriləcək və yanvar ayından etibarən istənilən başqa klubla ilkin müqavilə bağlaya biləcək.

Məlumat üçün bildirək ki, yaranmış vəziyyəti Londonun “Arsenal” klubu da diqqətlə izləyir. Braziliyalı ulduzun xidmətində maraqlı olan İngiltərə təmsilçisi hələlik nə “Real”, nə də oyunçunun nümayəndələri ilə rəsmi təmas qurub.