"Air India" təyyarəsi burulğana düşüb, xəsarət alanlar var
"Air India" aviaşirkətinin Pxuketdən Delhiyə AI379 reysini yerinə yetirən təyyarəsi güclü burulğan zonasına düşüb.
Adalet.az xəbər verir ki, göyərtədə 3 körpə də daxil olmaqla 137 sərnişin və səkkiz ekipaj üzvü olub. İnsident nəticəsində 17 nəfər, o cümlədən 4 ekipaj üzvü xəsarət alıb.
Təyyarə Delhi hava limanına uğurla eniş edib, bundan sonra bütün sərnişinlər və ekipaj göyərtəni tərk edib.
"Air India" şirkətindən bildiriblər ki, yüngül yaralanmış bir neçə sərnişin və ekipaj üzvü müayinə üçün tibb müəssisələrinə yerləşdirilib.
Daha sonra aviaşirkət beş sərnişinin xəstəxanadan buraxıldığını, qalanlarının müalicəsinin davam etdiyini bildirib.
Hindistan Mülki Aviasiya Nazirliyindən bildiriblər ki, Mülki Aviasiya Baş İdarəsi (DGCA) insidentlə bağlı araşdırmaya başlayıb.
Digər Xəbərlər
04 Avqust 2026 22:00
Bəqai: İran və Oman Hörmüz boğazı ilə bağlı məsləhətləşmələri davam etdirir
04 Avqust 2026 21:34
Hindistan İrana yeni səfir göndərdi
04 Avqust 2026 21:24
Bu ölkədə havanın temperaturu rekord həddə çatdı
04 Avqust 2026 20:23
2027-ci ilin Avropa İdman Paytaxtı bu şəhər seçildi
04 Avqust 2026 20:10
TBMM sədri "Terrorsuz Türkiyə"yə dair qanun layihəsini İMZALADI
04 Avqust 2026 20:00
Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək
04 Avqust 2026 19:33
Rubio: Hörmüz boğazı ilə bağlı danışıqlarda irəliləyiş var
04 Avqust 2026 19:10


Bakı -°C

