adalet.az header logo
  • Bakı -°C
04 Avqust 2026 21:45
65
GÜNDƏM
A- A+

Türkiyəli jurnalistlər Ağdamda aparılan bərpa-quruculuq işləri ilə tanış olublar

Türkiyədən olan bir qrup media nümayəndəsi avqustun 4-də Qarabağa səfər çərçivəsində Ağdam şəhərində olub.

Adalet.az xəbər verir ki, bu barədə məlumat Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyin "X" sosial şəbəkə hesabında paylaşılıb.

Qeyd olunub ki, səfər çərçivəsində qonaqlar Ağdamda aparılan bərpa-quruculuq işləri və infrastruktur layihələri ilə yaxından tanış olublar.

Daha əvvəl media nümayəndələri Xankəndi şəhərinə səfər etmişdilər.