22 yaşlı oğlan 34 yaşlı qadının üzərinə benzin töküb yandırdı - Azərbaycanda DƏHŞƏT

Tovuz rayonunda qadının üzərinə benzin tökülərək yandırılıb.
Adalet.az-ın məlumatına görə, 2002-ci il təvəllüdlü rayon sakini, Röyal Tağıyev 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, hadisə nəticəsində T. Məmmədovanın bədəninin 70-80 faizi 3A dərəcəli yanıq xəsarəti aldığından o, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb./unikal
Digər Xəbərlər
jpg-1741873098.jpg)
Zaxarova, sanki Ukraynalı uşaqlar durduğu yerdə ölüb, axı...

“Yelo Bank”ın filial müdiri müştərinin çənəsini sındırdı

Çaydan qanunsuz qum-çınqıl daşıyanlar saxlanıldı - VİDEO
