Sumqayıtda yanğın baş verdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində bir dam altında tikilmiş 15 boksdan ibarət qarajın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 1500kv.m. olan qarajın dam örtüyünü taxta atmaları 200kv.m. sahədə yanıb.
Tikilinin böyük hissəsi yanğından mühafizə olunub.
Digər Xəbərlər
09 Dekabr 2025 11:11
Bakıda partlayış oldu - Dağıntılar altında qalanlar var - YENİLƏNİB
09 Dekabr 2025 10:51
“Jasmin Park”da faciə: usta tikintidən yıxılaraq ölüb
08 Dekabr 2025 11:25
Bərdədə bir ailənin 4 üzvü pomidor turşusundan zəhərləndi
08 Dekabr 2025 10:20


Bakı -°C

