23 ildən sonra “Real”dan GETDİ
![](https://adalet.az/uploads/img/posts/2024/06/25/19jpg-1719320656.jpg)
“Real”ın kapitanı Naço klubundan ayrılıb.
Adalet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Real” Naçoya klubdakı 23 illik karyerasına görə təşəkkür edib.
Hazırda İspaniya millisinin heyətində Avro-2024-də iştirak edən 34 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanının “Əl-Kadsiah” klubuna keçəcəyi də dəqiqləşib.
Qeyd edək ki, 11 yaşından “Real”da olan Naço başqa heç bir klubda çıxış etməyib.
O, 2001-ci ildə əsas komandada debüt edib.