27 Iyun 2024 19:02
294
İDMAN

MƏNİ TÜRKİYƏNİN UDMASINDAN DAHA ÇOX… 

Türklər çexlərə qalib gələrək Avropa çempionatının 1\8 finalına  çıxdılar. Həm də sübut etdilər ki, məşqçisiz və məhlə futbolu ilə də ürək yanarsa qalib gəlmək olar.  Oyunu çox həyəcanla izlədim. 

Amma məni Türkiyənin udmasından da daha çox sevindirən və kövrəldən Azərbaycan əsgərlərinin həmin qələbədən sonra sevincləri oldu. Allah bu sevincinizi əlinizdən almasın. Şuşaya bayraq sancan əsgərlər, sizə sevinc yaraşır. 

Amma futbola elə də çox bel bağlamayın.