30 yaşlı kişini at belində ildırım vurdu - Azərbaycanda
Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub.
Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb.
Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü B.Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və mal-qaranı ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub.
Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.
Digər Xəbərlər
06 Iyun 2026 19:35
Göygöldə torpaq uçqunu - Avtomobil yolunda çətinliklər yarandı
06 Iyun 2026 19:21
Dron hücumu yaralanan vətəndaşlarımız danışdılar - VİDEO
06 Iyun 2026 15:22
Ordumuzun hərbçisi həlak oldu - FOTO + YENİLƏNİB
05 Iyun 2026 17:20


Bakı -°C

