"42 auditin 80%-dən çoxunda büdcə vəsaitlərinin pozuntusu halları var" - Deputat

“Daha çox büdcə qanunvericiliyi və dövlət satınalmalarında qanunvericilik tələblərinin pozulması hallarının qeydə alınıb. Ona görə sual yaranır ki, “Dövlət satınalmaları haqqında” qanunun ötən ilin yanvarın 1-dən qüvvəyə minməsinin bu pozuntuların sayına və ya azalmasına təsiri müəyyənləşdirilibmi?”
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
“Sözsüz ki, vergi üzrə baxanda 35% mənfəət vergisini əhatə etməsi ondan xəbər verir ki, dövlət orqanlarında mənfəət vergisinin gizlədilməsi halları kifayət qədər çoxdur. Rəqəmlər də göstərir ki, 42 auditin 34-də, yəni 80%-dən çoxunda büdcə vəsaitlərinin pozuntusu halları var. Bu, kifayət qədər ciddi rəqəmdir. Dövlət satınalmaları ilə bağlı pozuntularda 57% satınalmalar hər hansı bir tender keçirilmədən, birbaşa fərdi bağlanan müqavilələrdir. Bu da ondan xəbər verir ki, 2024-cü ildə dövlət satınalmaları ilə bağlı birbaşa bir mənbədən satış artıb. Bu da şəffaflığa təsir göstərən əsas faktorlardan biridir”, - deyə deputat bildirib.
Digər Xəbərlər

Balığın qiymətinin bahalaşmasının səbəbi budur - İqtisadçı

Texniki şərtlərin qeydiyyatı üçün 62 müraciət daxil olub

Baş nazir 2026-cı ilin büdcəsi ilə bağlı tapşırıq verdi

Əli Əsədov nazirləri topladı - Qarabağ və Şərqi Zəngəzurla bağlı müzakirə aparıldı

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

"Azərbaycanda ət qiymətləri yüksəkdir" - Deputat

"Aqrar sektorla bağlı ixtisaslı kadr çatışmazlığı var" - Komitə sədri
