adalet.az header logo
  • Bakı -°C
09 Sentyabr 2026 07:04
35
ŞOU-BİZNES
A- A+

“5 il ömrüm qalıb” - Brüs Kempbell

"Şər ruhlar" ("Evil dead") filmlərinin ulduzu Brüs Kempbell xərçəng diaqnozu qoyulub ilə bağlı açıqlama verib.

Adalet.az xəbər verir ki, 68 yaşlı aktyor "The Adam Carolla Show" podkastında həkimlərin ona təxminən beş il ömrünün qaldığını deyiblər.

"Diaqnoz qoyulan xərçəng növü barədə ətraflı danışmaq istəmirəm. Hazırkı proqnoz beş ildir" deyə, aktyor qeyd edib.

Kempbell xəstəliyinə təslim olmaq fikrində olmadığını vurğulayıb. Onun sözlərinə görə, məqsədi diaqnozu ilə yaşamaq, ondan ölmək deyil.

Hazırda Kempbell əsas diqqətini yeni filmi "Ernie & Emma"nın tanıtımına yönəldib. O, film üzərində işləyərkən digər problemləri düşünmədiyini və qarşısına çıxan çətinlikləri bir-bir həll etdiyini söyləyib.

Qeyd edək ki, aktyor xəstəliyi barədə ilk dəfə mart ayında məlumat verib. O zaman Kempbell xəstəliyin müalicəyə tabe olduğunu, lakin tam sağalan olmadığını açıqlayıb. (Axşam.az)