adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Iyun 2023 08:01
1413
MÜSAHİBƏ

5 yaşlı Ayla: "Bu bayram günündə atalar, analar uşaqlarını öpür" - MÜSAHİBƏ

Adalet.az 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı 5 yaşlı Ayla ilə müsahibəni təqdim edir.

- Ayla adını kim qoyub?

- Atam. 

- Böyüyəndə kim olmaq istəyirsən?

- Həkim.

- Niyə?

- İstəyirəm heç kim xəstələnməsin.

- Məktəbə gedirsən?

- Hə getdim, məktəbi sevirəm. 

- Ən çox hansı müəllimlərini sevirsən?

- Tamella və Aida müəlliməni. 

- Dostların var?

- Rübab, Zəhra.

- Ən çox hansı rəngi sevirsən?

- Qırmızını və çəhrayını. Ən çox çəhrayını.

- Hansı fəsli sevirsən?

- Qışı və yayı sevirəm. Qar yağsın istəyirəm, qartopu oynamaq istəyirəm.Yayda da rayona getmək istəyirəm.

- Hansı cizgi filmlərə baxırsan?

- Volfo və Lusi.

- Bu gün Uşaqlar Günüdür. Bilirsən?

- Hə, anam dedi. Bu bayram günündə atalar, analar uşaqlarını öpür, hədiyyə alırlar.

- Atan səni haralara aparır?

- Əyləncə mərkəzinə, parka. Hər yerə.

- Nə hədiyyəsi istəyisən?

- Oyuncaq barbi, bir də şokoladlı yumurta.