22 Iyul 2024 11:36
103
DÜNYA

"500 mindən çox əsgər yüksək hazırlıq vəziyyətindədir" - NATO

Hazırda 500 mindən çox NATO əsgəri yüksək hazırlıq vəziyyətindədir. 

Adalet.az xəbər verir ki, bu barədə alyansın sözçüsü Fərəh Daxlala CNN-ə müsahibəsində bildirib.

"2014-cü ildən bəri NATO bir nəsildə kollektiv müdafiəmizdə ən əhəmiyyətli transformasiyadan keçdi. Biz Soyuq Müharibədən bəri ən əhatəli müdafiə proqramlarını həyata keçirmişik və hazırda 500 000-dən çox hərbçi yüksək hazırlıq vəziyyətindədir", - o qeyd edib.