22 Iyul 2024 11:26
121
DÜNYA

Qərbin sanksiyaları iflasa uğradı

Almaniyanın "Handelsblatt" qəzeti, Avropanın iqtisadi araşdırmalar institutlarının məlumatlarına əsasən yazır ki, Qərbin Rüsiyaya qarşı təfbiq etdiyi sanksiyalar iflasa uğrayıb və gələcəkdə Avropa İttifaqının özünə zərbə vura bilər.

 Məqalədə diqqətə çatdırılır ki, Rusiyanın iqtisadiyatı hərbi sənayesi sayəsində artmaqdadır. "Ayıq başla baxsaq, Qərbin siyasətinin iflasa uğradığını deyə bilərik. Biz qadağaları münaqişənin tezliklə həll olunması üçün tədbiq etmişdik. Qadağalar qısa müddətli bə tez işləməliydi, uzun müddətə yox"- deyə məqalə müəllifləri bildirirlər.

 Qəzet yazır ki, Qərb istəsə də, istəməsə də, gələcək perspektivdı Rusiya dünya ticarətində iştirak edəcək. Hazırda  tədbiq olunan qadağalar, mədələn neft-qaz məhsullarının bshalaşması Aİ-nin özünə ciddi zərbə vura bilər.

 ABŞ-ın dövlət katibi Entoni Blinken də, antirusiya sanksiyalarının effektsiz olduğunu etiraf etmək məcburiyyətində qaldı.Bir sözlə, Qərb antirusiya sanksiyalarından gözlədikləri nəticələri ala bilmədilər.

 Rüstən Hacıyev