500 nəfər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazandı
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na magistratura səviyyəsi üzrə qəbul nəticələri müəyyən olunub. Müsabiqənin nəticələrinə əsasən 356 namizəd magistratura səviyyəsi üzrə proqram iştirakçısı adını qazanıb.
Adalet.az xəbər verir ki, 2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 nəfər bakalavriat, 356 nəfər magistratura və 19 nəfər isə doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.
Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 160 nəfəri “universitetlər üzrə top 10”da yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu siyahıda "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, "Berkeley", "ETH Zurich", "University of Oxford", "Harvard University", "Yale University" kimi nüfuzlu ali təhsil müəssisələri yer alır.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində magistratura səviyyəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə əldə etmiş, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı da vardır ki, 2025-2026-cı tədris ili üzrə proqram iştirakçısı seçilmiş namizədlərdən kimsə proqramdan bu və ya digər səbəbdən imtina etdiyi təqdirdə Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutularaq sözügedən siyahıya istinad olunaraq növbəti Dövlət Proqramı iştirakçısının seçilməsi nəzərdə tutulur.
Digər Xəbərlər
14 Aprel 2026 09:58
Magistraturaya qəbulun II cəhdinə qeydiyyat bu gün başa çatacaq
13 Aprel 2026 18:38
Bu bağçalara yeni müdirlər təyin olundu
13 Aprel 2026 15:46
Rezidenturaya ərizə qəbulu elan olundu
13 Aprel 2026 12:49
Buraxılış imtahanının nəticələri nə vaxt elan olunacaq?
13 Aprel 2026 11:10
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
13 Aprel 2026 09:40
Magistraturaya qəbulun II cəhdində iştirak etmək istəyənlərin sayı açıqlandı
12 Aprel 2026 00:11
Bu gün 53 minə yaxın şagird buraxılış imtahanı verəcək
10 Aprel 2026 12:05


Bakı -°C

