55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında - VİDEO

İnnovasiya və sürət lideri “Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot Gülhüseyn Abdullayev 4-6 aprel tarixlərində Dubay şəhərində keçirilən “Gulf Radical Cup” yarışında iştirak edib.
Adalet.az xəbər verir ki, “Bakcell” brendi altında yarışda iştirak edən 27 yaşlı təmsilçimiz qatıldığı turnirin bütün mərhələlərində uğurlu çıxışı ilə yadda qalıb.
Qeyd edək ki, avtomobil nömrəsi “Bakcell” brendinə uyğun olaraq 55 nömrə olan həmyerlimiz yarışın standartlarına müvafiq 1.5 motor həcmli, 232 at gücü qüvvəsinə malik maşınla çıxış edib.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Digər Xəbərlər

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

“Bakcell” süni intellekt təlimi təşkil etdi - FOTOLAR

Bu il Azərbaycana 260 mindən çox smartfon idxal edilib

General bağlanan sosial şəbəkə kanallarının sayını açıqladı

“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu
