8 il əvvəl törədilən cinayətin ÜSTÜ AÇILDI

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Qusar rayonu ərazisində 8 il əvvəl qeyri-aşkar şəraitdə törədilmiş qətlin açılması təmin edilib.
Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Belə ki, aparılmış intensiv istintaq və əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, 2014-cü ilin iyun ayında Qusar rayon sakini Sevindik Nəzirov digər şəxslərlə qabaqcadan əlbir olmaqla aralarında yaranmış mübahisə gedişatında tanışları Mahir Fərzəliyevə çoxsaylı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürüb.
Sevindik Nəzirov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmaqla istintaqa təhvil verilib.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Sevindik Nəzirov şübhəli şəxs qismində dindirilərkən törətdiyi əməli etiraf etmiş və Mahir Fərzəliyevi basdırdıqları yeri göstərib.
Hadisə yerinə baxış zamanı S.Nəzirovun göstərdiyi yerdən insan sümükləri aşkar edilərək müvafiq qaydada götürülüb.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.
Digər Xəbərlər

Son beş ildə aşkarlanan narkotik vasitələrin sayı açıqlandı

Daşkəsəndə polis çətin relyef şəraitində əməliyyat keçirdi - VİDEO

Keçmiş arvadı ilə mübahisə edən ər qayınını və baldızını bıçaqladı

Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanıldı

Arvadını öldürdü, sonra intihar etdi - Sumqayıtda dəhşət

Avtobus sürücüsünü döyən şəxs SAXLANILDI

Məktəbli qətlə yetirildi: Sinif yoldaşı saxlanıldı - YENİLƏNİB
