adalet.az header logo
  • Bakı -°C
29 Oktyabr 2026 11:13
43
SİYASƏT
A- A+

“Biz azərbaycanlılar üçün Türkiyə sadəcə qonşu dövlət deyil”

“103 il əvvəl Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk xalqı yalnız yeni bir dövlət qurmadı, həm də öz taleyini öz əllərinə almağın, azad və müstəqil yaşamağın nə demək olduğunu bütün dünyaya göstərdi.Atatürkün böyüklüyü təkcə qazandığı hərbi qələbələrdə deyil, müharibədən yorulmuş, böyük itkilər vermiş bir milləti yenidən ayağa qaldırmasında, onu müasir dünyaya aparan yolun əsasını qoymasındadır”. 

Adalet.az xəbər verir ki, bunu Türkiyədə yaşayan tanınmış telejurnalist İbrahim Nəbioğlu deyib.

“O, bir millətin keçmişindən güc alaraq gələcəyini dəyişdirə biləcəyini sübut etdi. Biz azərbaycanlılar üçün Türkiyə sadəcə qonşu dövlət deyil. Bizi birləşdirən ortaq dilimizdən və tariximizdən daha böyük bir mənəvi bağ var. Türkiyənin uğuru bizim sevincimiz, onun gücü bizim gücümüzdür. Bu qardaşlıq siyasi münasibətlərin fövqündə dayanan, xalqlarımızın yaddaşında və qəlbində yaşayan tarixi bir həqiqətdir.Bu əlamətdar gündə böyük Atatürkü və Türkiyə Cümhuriyyətinin qurulması uğrunda canından keçən bütün qəhrəmanları dərin ehtiramla anıram.Yaşasın Türkiyə Cümhuriyyəti! Yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!”, - deyə o, bildirib.

Vasuf ƏLİHÜSEYN