adalet.az header logo
  • Bakı -°C
20 Noyabr 2026 08:16
41
ƏDƏBİYYAT
A- A+

Qızıl Hacı

 (Real həyata əsaslanır)

Kəndin kənarında bir dayı vardı,

Arvadı,bir oğlu,xoş payı vardı.

Onun qapısında malı-qarası,

Var idi çoxlu pulu-parası.

İnəkdən-qoyundan kəsib satardı,

Kasıba-kusuba o əl tutardı.

Çoxları onlardan süd alardılar,

Aldığı bu süddən xoş olardılar.

Kişinin oğlunun adı Hacıydı.

Uşaq bir az sərt,bir az da acıydı,

Amma ki,ürəyi çox kövrək idi.

Lazım olan anda çox gərək idi.

Kənddə Sara adlı bir xala vardı.

O çox mehribandı,qəlbi bahardı.

Bütün uşaqlara can-can deyərdi,

O çox kasıb idi,nimdaş geyərdi.

Narahat edərdi bu hal Hacını,

Qəlbinə çəkərdi bütün acını.

Heç bir kəsə bir söz demədən Hacı,

Elə hey düşünür,o acı-acı.

Elə bil dedilər axır ki,ona,

Çatdırmaq lazımdı bu işi sona.

Kənddən aşağıda,sol kənarında,

Körpünün yanında,çay kənarında,

Yaşayan kişinin işləri çoxdu.

İşini görməyə kimsəsi yoxdu.

Hacı dərsdən sonra tapdı kişini.

Hər gün gedib gördü,onun işini.

Hər gün də pulunu alıb gələrdi,

Bazarlığa görə pulu bölərdi.

Aldığın həyətə qoyub gedərdi,

Bununçün Allaha dua edərdi.

Gedib evlərinə dərsin oxuyur,

Gördüyü işləri gizli saxlıyır.

Bu fikir Sara xalanı almışdı,

Doğrusu bu işə O mat qalmışdı.

Kimdi bu ruzini bizə göndərən?

Kimdi bu igid,kimdi bu ərən?

Bəlkə də gedəcək nə vaxtsa toya,

Paltar da lazımdı Sara xalaya.

Deyib paltar aldı,birdəki,yaylıq,

Azuqə də aldı ona bir aylıq.

Hacı aldığının pulunu verdi.

İstədi götürə,birdən o gördü,

Bir uşaq yaylığı götürüb qaçır,

Bu uşaq sanki,qol-qanad açır.

Satıcı uşağı tutub,qaytarır.

Yaylığı uşağın əlindən alır.

Hacı da uşağı qaldırır göyə,

Az qalır ki,başı tavana dəyə.

Satıcı utanır özü-özündən,

Tökülür xəcalət təri üzündən.

Hacı da dərindən nəfəsin dərdi,

Yaylığı qaytarıb uşağa verdi.

Gedib aldıqların həyətə qoydu,

Sonra da özünü çox rahat saydı.

Həyətə gələndə,Təbriz bu zaman,

Elə bil başından qalxdı bir duman.

Hər bir şey Təbrizə tam aydın oldu,

Etdiyi bu işdən çox peşman oldu.

Heç nəyi qoymadı Təbriz sonraya,

Danışdı anasına-Sara xalaya.

Hacıgil gələrək Bakıda qaldı,

Yaşamağa görə onlar ev aldı.

Belə,aylar keçdi,illər dolandı,

Dünya çox zalımdı,dünya yalandı.

Hacı oxudu bir müəllim oldu,

Elə oxuduğu o yerdə qaldı.

Dərsi tələbəyə izah edərdi,

Mənim dediyimi öyrən deyərdi.

Heç bir tələbəni kəsməyən müəllim,

Qəlbinə toxunub,əzməyən müəllim,

Oğlan tələbəni kəsdi bir dəfə.

Sandı ki,yol verib böyük bir səhvə.

Bir gün pəncərədən baxdığı zaman,

Gördü o tələbə üşüyür yaman.

İstini,soyuğu düşündü,andı,

Müəllimin ürəyi alışdı,yandı.

Dedi:vəziyyəti öyrənməliyəm,

Onun çətinliyin mən çəkməliyəm.

Müəllim hər şeyi öyrəndi,bildi.

Kömək etmək üçün qərara gəldi.

Bu oğlan o idi,o Təbriz idi.

Anası onunçün çox əziz idi.

Kommunal xərclərin o verə bilmir,

Evi soyuq olur,heç üzü gülmür.

Gündüzlər oxuyur,gecə işləyir,

Onun bu halını heç kəs bilməyir.

Görən tək tanıdı Təbriz Hacını,

O sadə oğlanı,müəllim Hacını.

Təbrizə verərək ata evini,

Bununla düzəltdi Hacı səhvini.

Aylıq pul göndərdi müəllim ona.

Təbriz təhsilini çatdırdı sona.

Təbriz Hacının etdiklərini,

Duymadı,bilmədi çəkdiklərini.

Hacı köməkliyi gizlin edərdi,

İşləri görməyə oğlu gedərdi.

Bir gün xəstəlik Hacını əydi,

Ailəsi,uşağı başına döydü.

Həkimlər də yaxın gəlmədi ona,

Dedilər ömrü çatıbdı sona.

Onun xəstəliyi bir gün yox oldu,

Günəş də üzünə bir şəfəq saldı.

Etdiyi yaxşılıq özünə gəldi,

O Hacı ölmədi,xəstəlik öldü.

Bir yaxşılıq etsə birisi vallah,

Əvəzin yüz kərə qaytarar Allah.

O gündən Hacıya qızıl dedilər,

Görüm ömrün olsun yüz il,dedilər.

 

Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.