ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb - YENİLƏNİB
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb.
Adalet.az xəbər verir ki, ABŞ-də mobil tətbiqə daxil olmaq istəyənlər müvafiq bildirişlə qarşılaşırlar: “ABŞ-da “TikTok”un qadağan edilməsinə dair qanun qəbul edilib. Buna görə də siz, “TikTok”dan istifadə edə bilməzsiniz”.
Xidmət “App Store”da axtarış nəticələrində görünmür, “Google Play”də isə sosial şəbəkəni yükləmək mümkündür, lakin quraşdırıldıqdan sonra proqram işləmir.
Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-da qadağa ilə üzləşən “TikTok” sosial şəbəkəsini amerikalı istifadəçilər üçün qoruyub saxlamağa çalışacağını istisna etməyib.
04:14
Prezident Cozef Bayden Administrasiyasının qüvvəyə minən qadağası səbəbindən “TikTok” yanvarın 19-da ABŞ-də fəaliyyətini dayandırır.
Adalet.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-də 170 milyona yaxın istifadəçisi olan xidmət bu həftə Birləşmiş Ştatlarda fəaliyyətini dayandıracağını bildirib, çünki hazırkı hakimiyyətdən fəaliyyətinin davam etdirilməsinin ona və tərəfdaşlarına cərimələrə səbəb olmayacağına dair heç bir zəmanət almayıb.
Bazar günü “TikTok” istifadəçilərinin xidmətə girişinin kəsiləcəyi və mobil tətbiqin “Apple” və “Google”dan silinəcəyi gözlənilir, çünki Amerika qanunlarına görə Ədliyyə Nazirliyi onlardan, eləcə də hostinq provayderlərindən bir istifadəçi üçün 5 min dollara qədər cərimə toplamaq hüququna sahib olacaq.
Eyni zamanda, qadağa və cərimələr istifadəçilərin özlərinə şamil olunmur. CNN telekanalı qeyd edib ki, amerikalılara VPN xidmətlərindən istifadə edərək tətbiqə girişi saxlamaq imkanı verilir.
Digər Xəbərlər
25 Avqust 2026 09:31
Daha bir ölkə 16 yaşdan kiçiklər üçün sosial medianı qadağan etməyə hazırlaşır
24 Avqust 2026 23:47
"ChatGPT"-də gizli söhbətlərlə bağlı YENİLİK
24 Avqust 2026 19:11
“iPhone” alanların nəzərinə - Qiymətlər kəskin bahalaşır
21 Avqust 2026 23:47
Süni intellektlə eşq şousu çəkiləcək
19 Avqust 2026 11:51
“iPhone 18 Pro Max”ın kamerası yenilənir - Böyük ölçüdə olacaq
19 Avqust 2026 09:30
Süni intellekt nəzarətdən çıxır - “OpenAI” əyləcə basdı
18 Avqust 2026 17:59
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub
12 Avqust 2026 13:43


Bakı -°C

