ABŞ-də tornado 36 nəfərin həyatına son qoydu

ABŞ-də həftə sonu başlayan tornado və toz fırtınası ölkənin cənubunda geniş dağıntılara səbəb olub.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi 36 nəfərin həyatına son qoyub, 340 mindən çox ev elektriksiz qalıb.
Kanzas ştatında güclü külək nəticəsində yaranan qum fırtınası həyatı dayandırıb. 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 8 nəfər ölüb. Yaralılar çətinliklə xəstəxanalara çatdırılıb.
Ağ Evdən verilən açıqlamada, prezident Donald Trampın kömək üçün Milli Qvardiyanı yerləşdirdiyi bildirilib. Amerikanın NBC telekanalı fırtınanın istiqamətini şərqə doğru dəyişdiyini bildirib. Pensilvaniya, Ohayo və Şimali Karolina risk altındadır.
Digər Xəbərlər

“Əks halda çox sərt cavabla üzləşəcəklər” - Trampdan xəbərdarlıq

Mirzoyan: Ermənistan Türkiyə və Azərbaycanla heç vaxt bu qədər yaxın olmayıb

Ağ Ev: ABŞ gömrük rüsumları ilə bağlı 10-dan çox təklif alıb

Hakan Fidan amerikalı həmkarı ilə danışdı

Abramyan: Yerevandan göndərilən pulları Köçəryan qəbul edir, paylamaq üçün Petrosyana verirdi

Qırğızıstan Rusiyaya NOTA VERDİ

Vaşinqton bu sistemləri bizə satmaqdan imtina edir - Zelenski
