"Azərbaycandan qadın paltarında qaçan şəxslər..." - Siyavuş Novruzov
“Əfsuslar olsun ki, süni intellektin ortaya çıxardığı qabaqcıl nailiyyətlər daha çox informasiya texnologiyalarına, mədəniyyətə və siyasətə inteqrasiya edir”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, vətəndaşların hüquqlarının pozulması, müəllif hüquqlarının pozulması, siyasi həyatının cəmiyyətə başqa cür çatıdırılmasının şahidi oluruq:
"Xüsusilə Azərbaycandan qadın paltarında qaçan və ya aşağılayıcı ad altında sığınacaq alan şəxslər bu gün süni intellektdən Azərbaycan dövlətinə, xalqına, ordusuna qarşı olmazın yalanlarını sərgiləyirlər, süni intellektlə düzəldilmiş şəkilləri paylaşmaqla bu kimi addımlar atırlar. Bu qanun qəbul ediləcəyi təqdirdə xaricdə yaşayan şəxslər belə süni intellektlə hansısa Azərbaycan vətəndaşının hüququnu pozduqda bu və ya digər şəkildə cinayət məsuliyyətinə cəlb olunacaq”, - deyə deputat bildirib.
Digər Xəbərlər
10 Aprel 2026 12:16
Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycanda - FOTOLAR
10 Aprel 2026 11:53
“İran cənubdan bombalananda Şimalından Azərbaycandan humanitar yardım alırdı”
10 Aprel 2026 11:03
Parlamentin növbəti iclası BAŞLADI
10 Aprel 2026 10:17
“Növbəti dəfə MDB-ni tərk edən ölkə Ermənistan ola bilər...”
10 Aprel 2026 10:01
TRIPP proqramı ABŞ-ın prioritetlərindən biri olaraq qalır - Dövlət Departamenti
10 Aprel 2026 09:56
“Atəşkəs məhz elə bu səbəblərə görə kövrəkdir...”
09 Aprel 2026 19:04
Azərbaycanla Litva arasında dostluq əlaqələrinin inkişafı müzakirə olundu
09 Aprel 2026 18:46


Bakı -°C

