“Atəşkəs məhz elə bu səbəblərə görə kövrəkdir...”
“Tehran bildirir ki, atəşkəsə görə, İsrail Livana qarşı hərbi əməliyyatı dayandırmalı, Tel-Əviv isə ABŞ-la İran arasındakı atəşkəsin Livan əməliyyatına dəxli olmadığını vurğulayır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“İsrail hökuməti zamanla yarışır, baş nazir Benyamin Netanyahu bilir ki, ABŞ Prezidenti Donald Tramp ona zəng edib, “Livana qarşı əməliyyatı dayandır” deyə bilər və bu halda Netanyahu əməliyyatı dayandırmaq məcburiyyətində qalacaq. Netanyahu həmin zəngə qədər Hizbullah təşkilatının Livandakı mövqelərinə daha çox zərbə vurmağa çalışır. Ancaq bu əməliyyat sərhədləri xeyli aşıb, Livanda mülki insanlar arasında ölənlərin sayı artıb. İsrail Livanda hərbi əməliyyatı davam etdirdiyinə görə də İran Hörmüz boğazından tankerlərin keçidini yenidən əngəlləyib. Atəşkəs məhz elə bu səbəblərə görə kövrəkdir”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
10 Aprel 2026 11:03
Parlamentin növbəti iclası BAŞLADI
10 Aprel 2026 10:17
“Növbəti dəfə MDB-ni tərk edən ölkə Ermənistan ola bilər...”
10 Aprel 2026 10:01
TRIPP proqramı ABŞ-ın prioritetlərindən biri olaraq qalır - Dövlət Departamenti
09 Aprel 2026 19:04


Bakı -°C

