ABŞ-dən Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı açıqlama

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında əvvəllər iyunun 12-nə nəzərdə tutulan danışıqların yeni tarixləri barədə hələlik məlumat yoxdur.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.
"Danışıqların növbəti raundunun tarixinə gəlincə, hazırda konkret tarixlərimiz yoxdur", - ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.
Bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşünün təxirə salındığı açıqlanmışdı.