adalet.az header logo
  • Bakı -°C
22 Avqust 2026 09:11
63
DÜNYA
A- A+

“ABŞ diplomatiya yolu ilə geri çəkilməyəcək”

“ABŞ-ni güc dili ilə geri çəkilməyə məcbur edəcəyik”.

Adalet.az xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, ABŞ administrasiyası diplomatiya yolu ilə geri çəkilməyəcək.

Əzizi Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcəyini, dondurulmuş İran aktivlərini azad etməyəcəyini və dəniz blokadasına son qoymayacağını bildirib.

İranlı deputat ABŞ-ni yalnız güc dili ilə geri addım atmağa məcbur ediləcəyini deyib.

“Tarix göstərəcək ki, güc dili onu təkcə bu addımları atmağa deyil, həm də böyük İran millətindən üzr istəməyə və bölgədən əbədi olaraq çəkilməyə məcbur edəcək”, - Əzizi qeyd edib.