11 Aprel 2025 00:12
363
DÜNYA

ABŞ-ın Ukraynadakı səfiri İSTEFA VERDİ

ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink istefa verib.

Adalet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus məlumat verib.

“O, üç ildir ki, orada səfir işləyir. Bu, müharibə zonası üçün uzun müddətdir", - deyə bildirib.

Onun hansı səbəbdən istefa verdiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Bricit Brink 2022-ci ilin mayından bu vəzifədədir.