Təhlükə sovuşur, Kür dolu -dolu axır: Salyanda 70 sm...
jpg-1744967629.jpg)
Təxminən 5-6 ildir ki, mediamız, Kür çayının azalması ilə bağlı həyəcanlı məlumatlar yayırdı.
Bu təbiət hadisəsi bizi niyə həyəcanlandırırdı? -soruşsanız Kür çayında suyun səviyyəsinin minimum həddən aşağı düşməsi, eyni zamanda Xəzər dənizinin getdikcə qurumağa başlaması ilə bağlı həyəcan təbili bir neçə ildir ki, çalınırdı. Dənizimizin Aral dənizinin qurumasına bənzər yeni ekoloji fəlakətin baş verə biləcəyi barədə xəbərdarlıqlar hər birimizdə narahatçılıq yaratmaya bilməzdi.
Bundan başqa vəziyyət kritik həddə çatması iqtisadiyyatımıza zərbə vurur , əhalinin kəndlərdən şəhərə axın etməsini genişləndirirdi. Buna səbəb isə kəndlinin yeganə qazanc yerlərinin susuzluq ucbatından əllərindən çıxması idi. Əkin sahələrinə su çatdırmaq mümkün deyildi, Mal -qaranın ehtiyacı olan suyun çatışmamazdığı ucbatından xeyli problemlər ortaya çıxmışdı, bir çox ərazilərdə quraqlıq təhlükəsi yaşıl əraziləri səhraya çevirmək risqini artırırdı.
Həmişə Kürdən qidalanan ərazilər susuzluqdan, necə deyərlər, cadar-cadar olmuşdu .Çay ərazisində xırda adacıqların yaranması isə su qıtlığını aydın ortaya qoyurdu.Bir sözlə, su olmayan yerdə fəlakətlər başlayar.
Amma bu gün su ilə bağlı yaxşı bir xəbərimiz var.
Adalet.az xəbər verir ki, çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyətlə bağlı Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb.
Avtomat hidroloji stansiyaların aprelin 18-si saat 11:00 məlumatına əsasən Kiçik Qafqaz ərazisindən axan Kürəkçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 10 sm, Tutqunçayda 7 sm, Tərtərçay-Kəlbəcərdə 5 sm artım qeydə alınıb.
Kür çayının aşağı axınında Kür-Zərdab məntəqəsində 17 sm artım, su sərfi 641 m3/san, normanın 207%, Kür-Surrada 32 sm artım, su sərfi 461 m3/san, normanın 63%-ni, Kür-Şirvanda 38 sm, Kür-Salyanda 70 sm, Kür-Bankədə 36 sm artmışdır.
Transsərhəd çaylarında Qanıx çayı 2 sm artıb, su sərfi 255 m3/san normanın 152%-ni təşkil edir.
Qeyd edək ki, 2023-cü il oktyabrında BMT nümayəndəsi Muhammad Nasar bildirmişdi ki, Azərbaycan su qıtlığından ən çox əziyyət çəkən 20 ölkə arasındadır. Onun sözlərinə görə, Azərbaycanda su ehtiyatlarının 70 %-dən çoxu kənd təsərrüfatı üçün istifadə olunur:"Ümid edirəm ki, Kənd təsərrüfatı və Qida elmləri fakültəsi su ehtiyatlarının daha səmərəli istifadəsinə, həmçinin, kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək”.
Kürdə suyun səviyyəsinin artması azərbaycanlılardan başqa yəqin ki, Muhammad Nasarı da sevindirəcək.
Əntiqə Rəşid
Digər Xəbərlər

Azərbaycanın dövlət borcu açıqlandı

Azərbaycan Qarabağ və Şərqi Zəngəzura 1 milyard manata yaxın pul qoyub

Horadiz-Ağbənd dəmir yolunda tikinti-quraşdırma işlərinin 63 faizi tamamlanıb
