ABŞ İranla bağlı planlarını Körfəz müttəfiqləri ilə bölüşməyib
Fars körfəzi ölkələri ABŞ və Səudiyyə Ərəbistanı arasında yüksəksəviyyəli görüşlərə baxmayaraq, Vaşinqtonun İranla bağlı məqsəd və planları barədə aydın mövqe əldə edə bilməyiblər.
Adalet.az xəbər verir ki, bu barədə “Fox News” Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrdən birinin rəsmisinə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ administrasiyası İranla bağlı qiymətləndirmələrini və strategiyasını Körfəz müttəfiqləri ilə bölüşməyib. Rəsmi şəxs Səudiyyə Ərəbistanının iştirak etmədiyi müharibə üçün öz hava məkanının istifadəsinə icazə verməyəcəyini də vurğulayıb. O əlavə edib ki, Körfəz ölkələri ABŞ və İranla diplomatik kanallar vasitəsilə təmasları davam etdirərək gərginliyin azaldılmasına çalışır.
Digər Xəbərlər
31 Yanvar 2026 14:08
Gürcüstan Rusiyadan neft alışını 16 dəfə artırdı
31 Yanvar 2026 12:02
Rusiya ordusu Zaporojyeyə 1000-dən çox ZƏRBƏ ENDİRDİ
31 Yanvar 2026 11:27
İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...
31 Yanvar 2026 11:08


Bakı -°C

