14 Aprel 2025 09:47
282
DÜNYA

"ABŞ İranla bağlı qərarını tezliklə verəcək" - Tramp

"ABŞ tezliklə İranla bağlı qərar qəbul etməyi planlaşdırır".

Adalet.az xəbər verir ki, bunu Amerika lideri Donald Tramp jurnalistlərə açıqlamasında deyib. 

"İranla bağlı qərarımızı tezliklə verəcəyik", - Tramp bildirib.

Bundan əvvəl "Axios" portalı Vaşinqton və Tehran arasında danışıqların ikinci raundunun aprelin 19-da Romada keçirilə biləcəyini yazıb.  

Xatırladaq ki, aprelin 12-də Maskatda ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş keçirilib. Ağ Ev danışıqların konstruktiv keçdiyini bildirib.