ABŞ İranla danışıqlar aparmır - Tramp
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun hazırda Tehranla danışıqlar aparmadığını bildirib.
Adalet.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Xeyr, düşünürəm ki, biz İranla danışıqlar aparmırıq. Hər halda, yaxın vaxtlarda müəyyən hadisələr baş verəcək”, – ABŞ Prezidenti qeyd edib.
Tramp mümkün hadisələrin vaxtı ilə bağlı da danışıb.
“Əksəriyyət bunun seçkilərdən sonra baş verəcəyini düşünür. Görək nə olacaq”, – o əlavə edib.
ABŞ Prezidenti hansı hadisələri nəzərdə tutduğunu və onların mümkün xarakterini açıqlamayıb.
Digər Xəbərlər
22 Oktyabr 2026 00:12
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
21 Oktyabr 2026 23:23
Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır
21 Oktyabr 2026 23:10
ABŞ-Rusiya-Ukrayna xəttində təcili danışıqlar - Əbu-Dabi variantı gündəmdə
21 Oktyabr 2026 22:46


Bakı -°C

