adalet.az header logo
  • Bakı -°C
22 Fevral 2026 08:36
77
DÜNYA
A- A+

ABŞ qüvvələri Suriyadakı “Qəsrək” bazasını təhvil verir

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın Həsəkə vilayətindəki “Qəsrək” bazasını boşaltmağa başlayıb.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün ABŞ ordusuna aid 20-dən çox boş yük maşını və hərbi texnikadan ibarət karvan İraq sərhədindən keçərək bazaya doğru hərəkət edib. Nəqliyyat vasitələri təxliyə əməliyyatında istifadə olunacaq.

Bu ay Suriya Müdafiə Nazirliyi “əl-Şəddadi” və “əl-Tanf” hərbi bazalarını ABŞ komandanlığından təhvil alıb.