21 Aprel 2025 11:23
90
DÜNYA

ABŞ yorulub...

Prezident Donald Trampın xüsusi elçisi Kit Kelloq, Fox News-ə müsahibəsində bəyan edib ki, ABŞ artıq Ukrayna münaqişəsindən yorulub.

 "Biz Ukraynada baş verənlərdən yorulmuşuq. Dünyada Birləşmiş Ştatların müdaxiləsinə ehtiyac olan o qədər problemlər var, Ukrayna münaqişəsi isə çox uzanır"- deyə bildirən xüsusi elçi, əlavə edib ki, ABŞ bu münaqişənin həllinə kömək etməyi dayandıra bilər.

 ABŞ Dövlət departamentinin rəhbəri Marko Rubio isə bildirib ki, ABŞ münaqişənin həllinə o halda kömək edə bilər ki, hər iki tərəf sülh danışıqlarına hazır olsunlar.

 Hələki görünən odur ki, münaqişə tərəfləri sülhə hazır deyillər...

 Rüstəm Hacıyev