02 May 2020 11:19
27642
SİYASƏT

ABŞ-ın ərazisində qadağan edilmiş bioloji labaratoriyalar harda yerləşdirilib?

Keçmiş postsovet respublikalarının bəzilərində Pentaqonun bioloji labaratoriyalarının fəaliyyət göstərməsinin COVİD-19 pandemiyası ilə nə dərəcədə əlaqədar olması ilə bağlı "EADaily"-nin müxbirinin suallarını cavablandıran Rusiya Siyasi Məlumatlar Mərkəzinin baş direktoru Aleksey Muxin bunları bildirib:

Rusiya müdafiə nazirliyinin məlumatlarına görə hazırda bəzi keçmiş postsovet respublikalarının ərazilərində ABŞ-ın 65 bioloji labaratoriyası fəaliyyət göstərir. Bunlardan 15-i Ukraynada, 12-si Ermənistanda, 15-i Gürcüstanda, 4-ü Qazaxıstandadı. ABŞ-ın ərazilərində bu tip labaratoriyalarının fəaliyyəti qadağan olunub.

Beləliklə ABŞ öz ərazilərində fəaliyyətinə qadağa qoyduğu bioloji labaratoriyaları keçmiş SSRİ ərazilərində yerləşdirməklə bu ölkələrin insanlarını ciddi təhlükə qarşısında qoyur.

Biloji labaratoriyaların pandemiya ilə hər hansı əlaqəsi olub- olmaması barədə hələlik təsdiqedici faktlar yoxdu. ABŞ dünya ictimayətini inandırmağa çalışır ki, koronavirus labaratoriya xarakterli deyil. Hər bir halda mütəxəsislər tezliklə bu məsələyə də aydınlıq gətirəcəklər.

Sərhədlərimiz ətrafında yerləşdirilən bioloji labaratoriyaların Rusiyaya təhlükəsi məsələsinə gəldikdə isə, təbii ki, təhlükələr ola bilər. Ona görə də Pentaqon labaratoriyaların fəaliyyətləri ilə bağlı açıq məlumatlar verməlidi. Rusiya tərəfi bunu şərt kimi irəli sürməlidi. Əks təqdirdə bu labaratoriyalatın yerləşdirildikləri ölkələrə qarşı sanksiyalar tədbiq olunmalıdı.

Hazırladı: Rüstəm HACIYEV