24 Dekabr 2024 10:30
972
GÜNDƏM

Adil Qarayev:" Biz Əfqanıstana girəndə anladıq ki,  bu ölkəyə sülh gətirməmişik"

Bu gün SSRİ qoşunlarının Əfqanıstandan çıxmasından 35 il ötür.


Adalet.az xəbər vrir ki, 1979-cu il dekabrın 24-də Əfqanıstan sərhədini keçərək ölkəyə daxil olan sovet hərbi qüvvələri 1989-cu ilin 15 fevralında son hərbi birliklərini geri çəkdi.

Əvvəlcə qeyd edək ki, araşdırmaçılar qənaətinə görə, 1973-cü ilə qədər Əfqanıstan yaxın şərqdə indikindən qat-qat yaxşı yaşayan, normal cəmiyyətə malik bir ölkə idi. Düzdür, ölkədə radikal dindarlar var idi, amma onlar güclü monarx hökumətinin təsiri ilə sakit durmuşdular. Həmişə belədir, ölkə zəifləyən kimi dindarlar bu yandan çıxmağa başlayır. 

1973-cü ildə Monarx Zahir Şah devrildi və onun yerinə Məhəmməd Davud gəldi. 1978-ci ildə silahlı çevriliş olur (Aprel inqilabı) və Məhəmməd Davud öldürülür. Ölkədə faktiki olaraq monarxiya rejimi ləğv edilib Əfqanıstan Xalq Demokratik Respublikası elan edilir. 

Bu hakimiyyət SSRİ -ə bağlı idi, bütün bu işlərin başında elə mənfur kommunizm quruluşu dururdu.  Özü ilə həmişə qan, dəhşət və gerilik gətirən bir rejim Əfqanıstanı sonu görünməyən bir bataqlığa atdı. 

Həmin müharibənin ilk ayından başlayaraq Əfqanıstanda xidmət edənlərdən biri də Ağdam rayon Baş Qərvənd kənd sakini Adil Qarayev olub. Adil Qarayev bildirir ki, Almaniyada əsgərliyinin ilk 6 ayı tam başa çatmamış hərbi hissəyə məlumat verildi ki, tezliklə bu ölkəni tərk edib başqa bir ölkəyə gedəcəyik: "1979-cu il in dekabr ayının 29-da Almaniyadan çıxdıq. Aşqabada sonra isə Kuşkaya çatdıq.1980-ci ilin 1 yanvarında biz artıq Əfqanıstandaydıq. Bir neçə gündən sonra isə ölkənin  paytaxtı Kabil. şəhərinə yerləşdik Amma elə ilk gündən  qarşıdakı maneəni vurmaq əmri alandan sonra başa düşürdük ki, sovet ordusu bu ölkəyə sülh gətirməyib. Gənc olsaqda bunun bir işğal oldunun fərqindəydik. Amma bu barədə danışmaq  qəti qdağan idi".

Keçmiş Əfqanıstan döyüşçüsü Qarayev bildirir ki, çox sonralar anladıq ki, əslində sovet ordusu əfqanlara sülh gətirməyib, onları qorumayıb. Əksinə, 10 il müddətində sovet ordusu ilə qarşıdurması, əfqan mücahidlərinin də saysız-hesabsız şəkildə  öldürülməsi əslində bir işğal, bir qətliam hadisəsi idi".


Qeyd edək ki, tarixçilər düşünür ki, ikinci Dünya müharibəsinin davamı adlandırılan, 1979-89-cu illəri əhatə edən Əfqanıstan müharibəsi siyasi tarixdə “II Soyuq müharibə” adlandırılır...


10 illik hərbi əməliyyatlar dövründə Əfqanıstanda 2 milyon nəfərə yaxın mülki sakin həlak oldu. Sovet ordusunun Əfqanıstanda 10 il ərzində, ümumilikdə, 620 min hərbçisi xidmət etdi - 14.427 hərbçi həyatını itirdi. Hərbi əməliyyatlarda təxminən 54 min nəfər yaralandı, 416 min nəfər isə müxtəlif dərəcəli kontuziyalar aldı.

On illik Əfqanıstan müharibəsində 7500 azərbaycanlı da iştirak edib. Onların 208-i müharibədə həlak olub. 7 nəfər isə itkin düşüb.



Sovet ordusunun Əfqanıstanda texniki itkisi də böyük idi. Siyahıda 147 tank, 1314 zirehli transportyor, 433 artilleriya sistemi, 118 təyyarə və 333 vertolyot yer alırdı. Eyni zamanda, Əfqanıstan müharibəsi SSRİ-nin süqutunu sürətləndirdi. On illik müharibə nəticəsində SSRİ Əfqanıstana təxminən 800 milyon ABŞ dolları yardım göstərdi. 40-cı ordunun saxlanılması və əməliyyat xərcləri 3 milyard dollardan çox oldu.

Bir sözlə, Sovet sistemi Əfqanıstanda tamamilə məğlub oldu və bu müharibə SSRİ-nin süqutunu labüdləşdirdi...

 Əntiqə Rəşid