İrlandiya Ukraynaya əlavə 125 milyon avro yardım ayıracaq
Dublin Ukraynaya dəstək üçün əlavə 125 milyon avro ayıracaq.
Adalet.az xəbər verir ki, bu barədə İrlandiya hökumətinin dərc etdiyi “Ukrayna-İrlandiya Tərəfdaşlığının Yol Xəritəsi 2030” adlı sənəddə deyilir.
Sənədə görə, Kiyevə qeyri-öldürücü hərbi yardım göstərmək üçün əlavə 100 milyon avro ayrılacaq. Bu bənd üzrə ümumi maliyyələşdirmə, artıq verilmiş vəsaitlər nəzərə alınmaqla, 2025-ci ilin sonunda 200 milyon avroya çatacaq. 25 milyon avro isə Ukraynanın enerji infrastrukturunun bərpası və qorunmasına və kritik elektrik enerjisi təchizatının təmin edilməsinə ayrılacaq.
Digər Xəbərlər
03 Mart 2026 13:37
Türkiyəyə hücum ehtimalı var? - Hakan Fidan açıqladı
03 Mart 2026 12:35
"Hizbullah"ın daha bir rəhbər şəxsi öldürüldü
03 Mart 2026 11:54
Kapadokiyanın bu qəsəbəsi Sakit Şəhərlər şəbəkəsinə üzv qəbul edildi - FOTOLAR
03 Mart 2026 11:11


Bakı -°C

