25 Oktyabr 2024 14:05
2233
ƏDƏBİYYAT

Adilə Səfərova: Hüseyn Cavid  anıldı

“Mən, fəqət hüsni-xuda şairiyəm.

Yerə enməm də səma şairiyəm”

–deyən Hüseyn Cavid yer həqiqətlərindən çox-çox yüksəkdə dayanıb.Romantik pafos, xəyalın hüdudsuz uçuşu, mütləq həqiqətə çatmağa dönməz cəhd onun ədəbi-bədii məramını səciyyələndirən başlıca cəhətlərdir.

Bu gün filosof-şair, böyük dramaturq Hüseyn Cavidin anadan olmasının 142-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov və digər çıxış edənlər Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, teatrının inkişafındakı misilsiz xidmətlərindən danışıb,. Cavid yaradıciligınin spesifik xüsusiyyətlərindən, ümummili lider H Əliyevin şairin nəşinin Uzaq Sibirdən Vətənə gətirilməsində və qəbirüstü məqbərəsinin tikilməsində göstərdiyi misilsiz xidmətlərindən bəhs ediblər.

Tədbirin bədii hissəsində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorlarından Anar Eyvazov və.Şölə Alışova Hüseyn Cavidin əsərlərindən bədii qiraət ediblər.