Adnan Oktarın "varisi" həbs edildi
Adnan Oktar Cinayət Təşkilatının əsas fiqurlarından biri və Oktarın "varisi" kimi tanınan Serdar Dayanık həbs edilib.
Adalet.az xəbər verir ki, axtarışda olan Serdar Dayanık Bodrumun Gümbet məhəlləsində gizləndiyi evdə polis qrupları tərəfindən saxlanılıb.
Qeyd edək ki, Serdar Dayanık İstanbul Ağır Cinayət Məhkəməsi tərəfindən "ağır cinsi təcavüz" ittihamı ilə axtarışa verilib və bu ittihamla bağlı 22 il 6 ay həbs cəzası alıb.


Bakı -°C

