ADNSU ilə Türkiyənin Batman Universiteti arasında Memorandum imzalanıb

Martın 16-da Türkiyənin Batman Universitetinin rektoru, professor İdris Demir və nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, eləcə də universitetin prorektorlarının iştirakı ilə görüş keçirilib.
Qonaqları salamlayan ADNSU-nun rektoru, professor Mustafa Babanlı onlara universitetin tarixi, beynəlxalq əməkdaşlıq əlaqələri və qoşulduğu layihələr haqqında məlumat verib. Rektor, professor M.Babanlı layihələrin ən uğurlusu olan UFAZ təcrübəsindən danışaraq ikili diplomla bağlı tədris olunan mövzuların uyğunluğundan danışıb.
Sonra Batman Universitetinin rektoru, professor İdris Demir universitetlərində fəaliyyət göstərən mərkəzlər, tədris olunan ixtisaslar haqqında geniş məlumat verib. O, Azərbaycanın ön sırada yer alan ali təhsil müəssisəsində olmasından məmnun olduğunu deyib.
Səfir Cahit Bağcı çıxışında Azərbaycan-Türkiyə əlaqələrindən danışıb. Son illərdə əməkdaşlığın daha da genişləndirilməsindən bəhs edən səfir iki qardaş ölkənin ali təhsil müəssisələri arasında belə əməkdaşlıq əlaqələrinin qurulmasının yüksək perspektivli nəticələr verəcəyinə əminliyini bildirib.
Sonda iki ali məktəb arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Digər Xəbərlər

Onlar da sertifikasiyaya cəlb olunacaq - Emin Əmrullayev açıqladı - VİDEO

Emin Əmrullayev Fransada azərbaycanlı tələbələrlə görüşüb - FOTO

Emin Əmrullayev UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini ilə əməkdaşlığı müzakirə edib
