"ADY-nin fəaliyyəti yenidən formalaşdırılır" - Rövşən Rüstəmov
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tədricən təbii qazdan imtina etmək fikrindədir. Bu istiqamətdə həyata keçirilən təbdirlərdən biri kimi deyə bilərəm ki, 2024-cü ildə ADY təbii qaz istehlakını təxminən 50 faiz azaldıb və proses davam edir.
Adalet.az xəbər verir ki, bu sözləri ADY-nin sədri Rövşən Rüstəmov qurumun Asiya İnkişaf Bankı ilə birlikdə dekarbonizasiya üzrə layihəsinin təqdimat mərasimində deyib. O bildirib ki, dekarbonizasiya sahəsi Asiya İnkişaf Bakı (ADB) ilə tərəfdaşlıqda mərkəzi rol oynayır: “ADB bir çox sahələrdə etibarlı tərəfdaş olub və bu gün əməkdaşlığımızı yeni, transformativ istiqamətə aparırıq. ADY ADB ilə hərtərəfli dekarbonizasiya proqramı üzərində işləyən Qafqaz və Mərkəzi Asiyanın ilk dövlət dəmir yolu şirkəti olmaqdan qürur duyur. Birlikdə, biz artıq ADY-nin Dekarbonizasiya Siyasəti və Çərçivəsini hazırlamışıq, bununla da Azərbaycanın Milli İnkişaf Strategiyaları, ADY-nin 2030 Strateji İstiqamətləri, “Paris Sazişi” və qlobal dayanıqlılıq standartları ilə güclü uyğunluğu təmin edirik. İndi isə bu layihə vasitəsilə biz həmin strateji çərçivəni praktikaya çevirməyə başlayırıq”.
O qeyd edib ki, bu gün təqdim olunan layihə Azərbaycanın dəmir yolu infrastrukturu boyunca bərpaolunan enerjinin inkişafına yönəlmiş tam strukturlaşdırılmış investisiya proqramını hazırlamağa kömək edəcək: “Texniki aspektlərdən əlavə, araşdırma layihənin həm təsirli, həm də dayanıqlı olmasını təmin etmək üçün maliyyə, iqtisadi, ekoloji və sosial ölçüləri nəzərdən keçirəcək. Bu layihə Azərbaycanın Şərqlə Qərb, Şimalla Cənub arasında getdikcə daha mühüm nəqliyyat mərkəzi kimi ortaya çıxdığı zamanda həyata keçirilir. Orta Dəhliz və Şimal-Cənub marşrutu boyunca yük həcmləri artdıqca, dəmir yolu sistemimizin rəqabət qabiliyyəti onun səmərəli, etibarlı və daha kiçik ekoloji izlə işləmək qabiliyyətindən asılıdır. Dekarbonizasiya hər üçünü gücləndirir”.
R.Rüstəmov həmçinin vurğulayıb ki, bu təşəbbüs ADY-də artıq yaratdığı təməl üzərində qurulub: “Ötən il ərzində təbii qaz istehlakımızı təxminən 50 faiz azaltmışıq. Dəmir yolu şəbəkəmizin təxminən 63 faizi artıq elektrikləşdirilib. Biləcəri və Gəncədəki depolarımızda 650-dən çox günəş paneli quraşdırmışıq. Bununla illik 132 min kilovat/saatdan çox təmiz elektrik enerjisi istehsal olunur. Qeyd edək ki, bu, 2023-cü illə müqayisədə təxminən 70 faiz çoxdur”.
Digər Xəbərlər
03 Mart 2026 15:06
"2028-ci ildə "Şahdəniz"in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik" - Prezident
03 Mart 2026 15:01
Vilayət Eyvazov bu tarixdə vətəndəş qəbulu və sıra baxışı keçirəcək
03 Mart 2026 14:21
Kamran Əliyev Rusiyanın Baş prokurorunun müavinini qəbul etdi
03 Mart 2026 13:35
İrandan Azərbaycan sərhədi ilə 89 nəfər təxliyə olunub
03 Mart 2026 12:32
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
03 Mart 2026 12:29
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
03 Mart 2026 12:25
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşir
03 Mart 2026 12:24


Bakı -°C

