Afət Fərmanqızı: “Sənət dostlarmı qısqanır”
Son zamanlar həyat yoldaşı ilə ayrılmağına görə gündəmdə olan Afət Fərmanqızı məsələyə aydınlıq gətirib.
Adalet.az bildirir ki, müğənni keçmiş həyat yoldaşını yersiz qısqanclıqda qınayıb:
“Mən müğənniyəm. O məni səhnədə görüb bəyənib. Məsciddə görməyib ki, mühafizəkar qaydalar qoysun. Mən ilahiyyat müəllimi deyiləm ki, müğənniyəm. Toyda oxuyuram.Səhnəyə uyğun geyinirəm. Sənət yoldaşlarımın mesajlarını qısqanr. Bunu normal qəbul etmirəm. Mən düzgün adamam, kim də bunu çətin adam kimi qəbul edirsə, etsin”.
ƏNTİQƏ Kərimzadə