Ağasif Şakiroğlu:"Bu hissi yaşamaq çox bənzərsiz bir duyğudur"
"İyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə Zəngilan və Cəbrayıla etdiyimiz səfər möhtəşəm idi".
Bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Adalet.az-a açıqlamasında deyib. O, səfərin unudulmaz keçdiyini bildirib: "Bu səfər hər bir iştirakçıda, o cümlədən də məndə heç bir zaman unulmayacaq izlər buraxdı və yaddaşımıza həkk olundu. Bəlkə də bu günə qədər yaşadığım və gördüyüm ən gözəl mənzərə idi. Həm Cəbrayıl, həm də Zəngilanda gördüklərimiz qarşısında fərəh və qürur hissləri keçirdik. Mən həmin səfər çərçivəsində istər zəngilanlı, istər cəbrayıllı soydaşlarımızın öz dədə-baba yurdlarında necə xoşbəxt, sevinc və hüzur içində yaşadıqlarını gördüm".
Partiya sədri Cəbrayıl və Zəngilanda aparılan quruculuq işlərindən də danışıb: "Mən Cəbrayıl və Zəngilanda cənab Prezident İlham Əliyevin apardığı “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən işləri gördüm. Həmin ərazilərdə mükəmməl şəkildə abadlıq və quruculuq işləri həyata keçirilir. Erməni işğalı dövründə xarabalığa çevrilmiş yerlərə yenidən həyat qayıdır. Ümumiyyətlə, insanların uzun illər həsrətində qaldığı torpaqlarda bir-biri ilə mehriban və xoşbəxtlik içində yaşaması çox qürurvericidir".
O qeyd edib ki, belə səfərlər siyasi partiyalar arasında əməkdaşlığın da inkişafına səbəb olur: "Belə birgə səfərlər zamanı siyasi partiyalar arasında dialoq və əməkdaşlıq mühiti formalaşır. Həmçinin, bu, həm də iqtidarla müxalifət arasında da münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətli və təqdirəlayiq addımdır. Bir daha fürsətdən istifadə edərək Qarabağın belə möhtəşəm şəkildə yenidən qurulmasına görə başda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə, habelə torpaqlarımızın işğaldan azad olunması uğrunda canından və qanından keçən bütün qəhrəmanlarımıza təşəkkür edirəm. Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" deyə bildirib.
Xatırladaq ki, budəfəki birgə səfərin ünvanı Cəbrayıl və Zəngilan idı. Səfərdə, ümumilikdə, 70 nəfərdən artıq şəxs iştirak edib. 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlərin iştirakı ilə keçirilmiş səfərin proqramı kifayət qədər zəngin və maraqlı olub.
Əntiqə Rəşid
Digər Xəbərlər
10 Noyabr 2026 00:26
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 İL ÖTÜR
09 Noyabr 2026 21:09
Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir
09 Noyabr 2026 20:34
Azərbaycan Türkiyəyə başsağlığı verdi
09 Noyabr 2026 17:42
“Şuşa milli kimliyin, tarixi yaddaşın rəmzidir”
09 Noyabr 2026 17:23
“Ukraynanın bu tələblə razılaşması inandırıcı deyil...”
09 Noyabr 2026 17:21
Özgür Özəl Prezident İlham Əliyevi təbrik edib
09 Noyabr 2026 14:25
Ərdoğan: Qardaşlığımıza heç kim kölgə sala bilməz
09 Noyabr 2026 14:24


Bakı -°C

