Ağdama səfər etmək istəyənlərin nəzərinə: Növbəti avtobus bu tarixdə yola düşəcək

Bakıdan Ağdama gedəcək növbəti sərnişin avtobusu yanvarın 31-də səhər saat 06:30-da yola düşəcək.
Adalet.az-ın məlumatına görə, növbəti səfər də 50 nəfərlik sərnişin avtobusu ilə təşkil ediləcək.
Ağdama səfər çərçivəsində iştirakçılar Pənahəli xanın 18-ci əsrdə inşa etdirdiyi İmarət kompleksi, ermənilərin dağıtdığı Xurşidbanu Natəvanın məzarı və digər erməni vandallığına məruz qalmış tarixi abidələrlə tanış olacaqlar.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə yanvarın 24-dən sərnişin avtobuslarının müntəzəm reysləri başlayıb.
Reyslər Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa və Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası avtobus marşrutları ilə yerinə yetirilir.
Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.
Bakı-Şuşa-Bakı biletinin bir istiqamətə olan qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı biletinin bir istiqamətdə qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) biletinin bir istiqamətdə qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə (express) biletinin bir istiqamətdə qiyməti 5 manat, Füzuli BHL-Şuşa (express) biletinin bir istiqamətə qiyməti isə 6 manat təşkil edir.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə bilər. Bu məqsədlə "yolumuzqarabaga.az" portalı yaradılıb.
Digər Xəbərlər
28 Oktyabr 2025 18:39 İlham Əliyev Zəngilanda kəndlərin açılışında iştirak etdi - FOTOLAR
28 Oktyabr 2025 16:18 “Təhsilsiz qızlar daha yüksək erkən nikah riski daşıyırlar”
28 Oktyabr 2025 16:06 İlham Əliyev Horovlu sakinlərinə mənzillərin açarlarını təqdim etdi - FOTOLAR
28 Oktyabr 2025 15:51 Prezident avtomobil yolunun açılışında - FOTOLAR
28 Oktyabr 2025 12:34 Sabah 25 dərəcə isti olacaq
28 Oktyabr 2025 12:26 İmişlidə “Promalt” MMC-nin arpa emalı müəssisəsi istifadəyə verildi - FOTOLAR
28 Oktyabr 2025 12:09 Sabirabadda su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq - FOTOLAR
27 Oktyabr 2025 16:07 

Bakı -°C 






