adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Aprel 2024 14:54
1104
HADİSƏ

Ağdamda ekskavator MİNAYA DÜŞDÜ

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2024-cü il 7 aprel tarixində Ağdam rayonunun Novruzlu kənd ərazisində mina hadisəsi baş verib.

Adalet.az xəbər verir ki, minalardan təmizlənməmiş ərazidə ekskavator piyada əleyhinə minaya düşüb. Ekskavator zədələnib, xəsarət yoxdur.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!