Ağdamda Qədir Rüstəmovun 90 illik yubileyi qeyd edilib - FOTOLAR
06 dekabr 2025-ci il tarixdə Ağdam Muğam Mərkəzində xalq artisti, mərhum xanəndə Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib.
Adalet.az xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Ağcabədi Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə baş tutan tədbirdə RİH başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, millət vəkilləri Aqil Abbas, Bəxtiyar Əliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, yazıçı Vaqif Bəhmənli, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, mərhum sənətkarın ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak edib.
Tədbirdə öncə Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının və mərhum sənətkarın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra Qədir Rüstəmovun həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilmişdir.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər gənc yaşlarından Ağdamda mahir muğam ifaçıları mühitində yetkin xanəndə kimi formalaşan Qədir Rüstəmovun nadir istedadı, məlahətli səsi və özünəməxsus ifa tərzi sayəsində az vaxt ərzində tanınaraq geniş dinləyici auditoriyasının böyük məhəbbətini qazanmasından, onun çoxəsrlik parlaq keçmişə malik Azərbaycan musiqisində layiqli yer tutaraq milli mədəniyyətimizin inkişafına sanballı töhfələr verməsindən bəhs etmişlər.
Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Azərbaycan Respublikasının əməkdar artisti Fehruz Səxavətin və tanınmış muğam ifaçılarının təqdimatında mərhum xanəndənin repertuarına aid xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilmişdir.
Xalq artisti, mərhum xanəndə Qədir Rüstəmovun oğlu Mehdi Rüstəmov tədbirin sonunda çıxış edərək təşkilatçılara və tədbir iştirakçılarına ailə üzvləri adından minnətdarlığını ifadə etmişdir.
Digər Xəbərlər
08 Fevral 2026 10:10
Gəncədə “İsi və Piti” animasiya serialının premyerası - FOTO
06 Fevral 2026 23:42
Leyla Əliyeva “Qış nağılı”nda - FOTOLAR
05 Fevral 2026 22:00
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyində - FOTOLAR
05 Fevral 2026 09:32
Heydər Əliyev Mərkəzində “Vəhşi təbiətin super qəhrəmanları” sərgisi açıldı
04 Fevral 2026 15:11
Kamran Yunis: “Mən özümü aktyor hesab etmirəm”
31 Yanvar 2026 15:53
Beşbarmaqda qədim karvansaray aşkarlandı - FOTOLAR
30 Yanvar 2026 19:20
Təltif edilən gənclərdən biri görmə məhdudiyyətli ifaçıdır - FOTO + YENİLƏNİB
28 Yanvar 2026 13:54


Bakı -°C

