Ağdamda yük avtomobili sel sularının gətirdiyi minaya düşdü - YENİLƏNİB
![](https://adalet.az/uploads/img/posts/2025/02/14/27jpg-1739518501.jpg)
Ağdam rayonunda mina hadisəsi baş verib.
Bu barədə Adalet.az-a Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən məlumat verilib.
Bildirilib ki, Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində mina hadisəsi baş verib.
Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşüb, partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnib, hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
***
Ağdamda yük maşını minaya düşüb.
Adalet.az xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində qeydə alınıb. Mina partlaması nəticəsində ərazidə işləyən "Howo" markalı yük maşınına ciddi ziyan dəyib.
Xəsarət alanın olmadığı deyilir.
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2025/02/15/8jpg-1739598207.jpg)
Bakıda ağır qəza: 1 ölü, 3 yaralı
![](https://adalet.az/uploads/img/posts/2025/02/14/5jpg-1739562331.jpg)
“Qusardakı hadisələrin başlıca məqsədi dövlətə inamsızlıq yaratmaq idi”
![](https://adalet.az/uploads/img/posts/2025/02/14/Fotoramio (7)jpg-1739522712.jpg)
4 min döyüşçünün uğursuz taleyi: Azərbaycanın "Sarıqamış"ı Murov əməliyyatı-31
![](https://adalet.az/uploads/img/posts/2025/02/14/18jpg-1739516088.jpg)
Şamaxıda kişi dəm qazından zəhərlənərək öldü - YENİLƏNİB
![](https://adalet.az/uploads/img/posts/2025/02/14/11jpg-1739515133.jpg)
Ağdamda insan sümüklərinin qalıqları tapılıb
![](https://adalet.az/uploads/img/posts/2025/02/13/23jpg-1739469487.jpg)
Bakıda faciə: İki həftə sonra ana olacaqdı, əri ilə meyiti tapıldı - VİDEO
![](https://adalet.az/uploads/img/posts/2025/02/13/36B230D4-492B-4456-A7E7-C9728D25ADCBpng-1739453337.png)
Bakıda məktəblini döydülər - DİN-dən açıqlama -VİDEO
![](https://adalet.az/uploads/img/posts/2025/02/13/17jpg-1739426503.jpg)