adalet.az header logo
  • Bakı -°C
18 Iyul 2026 11:46
69
İDMAN
A- A+

UEFA-dan azərbaycanlı hakimlə bağlı təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Adalet.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında qeyd olunub.

O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Jelezniçar" (Pançevo, Serbiya) - "Braqa" (Portuqaliya) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma iyulun 22-də, Pançevo şəhərində yerləşən "Mladost" stadionunda baş tutacaq.