Moskvaya kütləvi PUA hücumu: 26 yaralı var - VİDEO
Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Moskva vilayətinə hücum edib.
Adalet.az xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Andrey Vorobyov açıqlayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində Elektrostal və Noqinsk şəhərlərində 26 nəfər yaralanıb.
Belə ki, dron hücumu zamanı Noqinskdə neft anbarında, Elektrostalda isə “Wildberries”in anbarında yanğınlar qeydə alınıb.
Ümumilikdə vilayət üzərində 48 dron zərərsizləşdirilib.
Moskva şəhərinin meri Sergey Sobyanin isə bildirib ki, paytaxt istiqamətində ümumi olaraq 370 PUA uçub.
Digər Xəbərlər
18 Iyul 2026 12:06
Trampı öldürənə 10 milyon dollar verəcəklər
18 Iyul 2026 11:00
“"İslam Respublikası"nın yayın bu qızmar çağında Küveytin günahsız insanlarını...”
18 Iyul 2026 09:14
İrana qarşı 7-ci gecə hücumları BAŞA ÇATDI
18 Iyul 2026 08:52


Bakı -°C

